Tramp qorxusundan danışdı
Tramp qorxusundan danışdı
9 Avqust 2019 14:52 DünyaAlkoqol aludəçisi olmaqdan qorxduğuma görə spirtli içki içmirəm.
Bunu ABŞ Prezidenti Donald Tramp "The Washington Post"a müsahibəsində deyib.
D.Trampın sözlərinə görə, mərhum böyük qardaşı Fredlə bağlı vəziyyət onun içməmək qərarına təsir göstərib:
"O, gözəl insan olub. Alkoqolun onun bədənini hansı hala saldığını görürürdüm. Mən içməyə başlasaydım, ola bilsin ki, hazırda sizinlə danışmazdım".
Prezident qeyd edib ki, alkoqol asılılığı qorxusu hazırda oğlunun idarə etdiyi şərab istehsalı zavodunu almasına mane olmayıb.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31