ABŞ və Türkiyə Birgə Əməliyyat Mərkəzi yaradacaq

ABŞ və Türkiyə Birgə Əməliyyat Mərkəzi yaradacaq

ABŞ və Türkiyə Suriyadakı təhlükəsizlik zonasına nəzarət etmək üçün Birgə Əməliyyat Mərkəzi yaradacaq.

Olaylar.az "RİA "Novosti"yə istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib.

Morqan, planlaşdırma və tərəflər arasında razılaşdırılan nüansların həyata keçirilməsi üçün mərkəz qərargahı Türkiyədə olmaqla Birgə Əməliyyat Mərkəzi yaradılacağını deyib. Nümayəndə, Suriyanın şimal-şərqində sülh və sabitliyə nail olmaq üçün tərəfdaşlarla bu vacib məsələ üzərində işləməyə davam edəcəklərini gözlədiklərini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31