Çin yuanı 11 illik minimuma düşüb

Çin yuanı 11 illik minimuma düşüb

Çin yuanı atıq yeddi gündür düşməyə davam edir.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, ÇXR-in Mərkəzi Bankı yuan məzənnəsini 7,0136 səviyyəsinə qədər azaldıb. Bu, 2008-ci il 3 aprel tarixindən bəri minimum qiymətdir.

Çin iqtisadçıları valyutaya dair konsensus proqnozunu nəzərdən keçirirlər. Əgər daha əvvəl bu proqnoz 6,86 yuan təşkil edirdisə, indi 6,93 yuana düşüb.

Qeyd edək ki, Yuanın düşməsi ABŞ və Çin arasında gedən ticarət müharibəsinin fonunda baş verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31