Davudoğlunun qudası istefa verdi

Davudoğlunun qudası istefa verdi

Türkiyədə yeni partiya qurmağa hazırlaşan sabiq baş nazir Əhməd Davudoğlunun qudası Dursun Topçu İstanbul Ticarət Palatasının sədr müavini vəzifəsindən istefa verib.

Olaylar.az  xəbər verir ki, bu barədə "Aydınlıq" qəzetinin yazarı Rəcəb Erçin məlumat yayıb.

Əhməd Davudoğlunun yenidən siyasi səhnəyə qayıtmaq üçün İstanbul Ticarət Palatasını da prosesə cəlb etdiyi iddia olunur. Yayılan xəbərlərə görə, bu səbəbdən Dursun Topçudan istefa vermək tələb olunub.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31