Almazbek Atambayev 26 avqusta qədər həbs olundu

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev 26 avqusta qədər həbs olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə sabiq dövlət başçısının vəkili Sergey Slesarev  məlumat verib.
Məlumata görə, məhkəmə A.Atambayevin 26 avqusta qədər həbs edilməsinə qərar verib.
O, Milli Təhlükəzlik Dövlət Komitəsinin istintaq təcridxanasında saxlanılır.
Vəkilin sözlərinə görə, keçmiş prezidentin saxlanılması zamanı bir sıra qayda pozuntuları olub.
Xatırladaq ki, avqustun 7-də Qırğızıstanın xüsusi xidmət orqanları korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən ölkənin eks-prezidenti Almazbek Atambayevin tutulması üçün 24 saat əməliyyat aparıblar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31