Xuliqan fotoqraflar: turist şəkilə pul vermək istəmədiyi üçün döyüldü – VİDEO

Xuliqan fotoqraflar: turist şəkilə pul vermək istəmədiyi üçün döyüldü – VİDEO

Sudakda fotoqraflar qədim qalanın önündə turisti döyüblər.

"Life" xəbər verir ki, turist vəhşi quşla çəkilən şəkillərin pulunu ödəməkdən imtina edib.

Krım polisi fotoqraflardan qeyri-leqal yolla qazandıqları 3,2 milyon rubl (83 min manat) pulu və texnikalarını müsadirə edib.

Təqsirləndirilən şəxslərdən Krımın "Qırmızı kitabı"na salınan quş (şahin) da götürülərək xüsusi saxlanma mərkəzinə yerləşdirilib. İstintaq davam edir. 

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31