Cənubi Koreyada kadr dəyişiklikləri: 8 məmurun yeri dəyişilib
Cənubi Koreyada kadr dəyişiklikləri:8 məmurun yeri dəyişilib
9 Avqust 2019 10:13 DünyaCənubi Koreyanın prezidenti Mun Çje İn beş ayda ilk dəfə olaraq kadr dəyişiklikləri edərək nazir vəzifəsində olan 8 məmurun yerini dəyişib.
Bu barədə ölkə rəhbərinin administrasiyası məlumat yayıb.
Belə ki, əvvəllər prezidentin mülki işlər üzrə katibi vəzifəsini icra edən Ço Quk yeni ədliyyə naziri olub.
Keçmiş Birlik naziri Çon Se Hyen Milli Birlik Şurasının rəhbərinin müavini, keçmiş diplomat, Milli Məclisin üzvü Li Su Hyek isə Koreya Respublikasının ABŞ-dakı yeni səfiri təyin edilib.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31