Atambayev “çekist” həbsxanasına yerləşdirildi

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev Milli Təhlükəsizlik Komitəsinin İstintaq təcridxanasına yerləşdirilib.

Bu barədə "RİA Novosti"yə A.Atambayevin vəkili Sergey Slesarev məlumat verib.Onun sözlərinə görə, A.Atambayev burada avqustun 26-dək saxlanılacaq:"Sabiq dövlət başçısına qarşı kriminal avtoritet Əziz Batukayevin qanunsuz azad edilməsi ilə bağlı ilkin ittiham irəli sürülüb".Qeyd edək ki, avqustun 7-si Qırğızıstan xüsusi xidmət orqanlarının A.Atambayevin Koy-Taş kəndindəki iqamətgahı istiqamətində keçirdiyi əməliyyat uğursuzluqla nəticələnmişdi. Növbəti gün səhər saatlarında eks-prezident tərəfdaşlarının və xüsusi təyinatlıların qarşıdurması təkrarlanıb. Zərərçəkənlərin sayı 80-ə çatıb, bir xüsusi təyinatlı ölüb.Uzun sürən danışıqlardan sonra A.Atambayev təslim olub. Müşavirlər Fərid Niyazov və Gündüz Joldubayevanın müşayiəti ilə onu Bişkekə gətiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31