Alimlərdən QORXULU PROQNOZ - Qrenlandiya adası yox ola bilər
8 Avqust 2019 17:17 DünyaAlimlər Qrenlandiya adası ilə bağlı həyəcan təbili çalır.
Avqust ayı ərzində dünyanın ən nəhəng adasında buzlar sürətlə əriyir.
Son hesablamalara görə, əriyən buzların ümumi həcmi 12,5 milyard tona bərabərdir. Mütəxəssislər 1950-ci ildən bu yana ən çox ərimə prosesinin bu yay yaşandığını qeyd ediblər.
Ərimə prosesinin Avropanı ağuşuna alan anomal istilər səbəbindən baş verdiyi vurğulanır.Son illərdə Qrenlandiya adasında orta temperatur 15-30 dərəcə artıb. Bu isə gələcəkdə daha böyük fəsadlara yol aça bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31