Güclü vulkan püskürməsi gözlənilir
Güclü vulkan püskürməsi gözlənilir
8 Avqust 2019 16:43 DünyaHavay adalarında yerləşən Kilauea vulkanında kraterin aşağı hissəsində yığılan su güclü püskürməyə səbəb ola bilər. Bu barədə Birləşmiş Ştatların Geologiya xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, müşahidələrə görə kraterdə toplanan su kütləsi dərinliyi məlum olmayan 3 nehr əmələ gətirib. Ən böyüyünün 11-14 metr olduğu deyilən nehrlərin dağlardan süzüb gələn suyun birləşməsindən formalaşdığı bildirilir.
Geoloqların bildirdiyinə görə, ötən il vulkanın güclü püskürməsi nəticəsində krater 300 metr aşağı çöküb və qrunt sularının təsirinə məruz qalıb.
Mütəxəssislər proseslə bağlı maraqlı fikir bildiriblər: "Nehrlər gec-tez birləşib göl əmələ gətirir. Püskürmə vaxtı qalxan maqma yığılmış suyu para çevirir, bu zaman partlayış baş verir və küllər havaya sovrulur. Maqmanın həcminin artmasının digər səbəbi isə çoxlu qaz köpüklərinin olmasıdır. Həmin köpüklər maqmanın partlamasının gücünü artırır".
Geoloqlar eyni zamanda bildirib ki, gözlənilən güclü püskürmənin yaxın gələcəkdə baş verməsi mümkün deyil. Onlar bunu nehrlərdə su kütləsinin hələlik az olması ilə əsaslandırıblar.
azadinform.az