Bu kənddə ancaq qızlar doğulur

Bu kənddə ancaq qızlar doğulur

Polşada bir kənddə son ildə dünyaya gələn bütün körpələr demək olar ki, qız olublar. Söhbət ölkənin cənubundakı Meyctse Oçanski kəndindən gedir. Bu kəndin əhalisinin böyük əksəriyyəti qadınlardan ibarətdir.

Kənddə qadınların sayı o qədər artıb ki, onlar artıq kişi işlərində də çalışmağa başlayıblar. Məsələn, burada traktorçu, yanğınsöndürən qadın görmək adi haldır. Yanğınsöndürmə briqadasında 24 qadın, 8 kişi var.

Son dəfə kənddə doğulan oğlanın 10 yaşı olacaq. Ancaq o da artıq öz vətənində yaşamır. Yaşayış məntəqəsindəki ən gənc oğlan 12 yaşındadır.

Artıq kənddə doğulacaq oğlan uşaqları üçün mükafat təyin edilib. Lakin onun məbləği açıqlanmayıb.

ISTİPRESS.COM

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31