“Təcili olaraq...” – Qırğız prezidentdən Atambayev çağırışı

“Təcili olaraq...” – Qırğız prezidentdən Atambayev çağırışı

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov keçmiş həmkarı Almazbek Atambayevin təhlükəsizlik orqanlarının əməkdaşlarına müqavimət göstərərək Konstitusiyanı kobud şəkildə pozduğunu bildirib.

Olaylar.az  xəbər verir ki, prezident bu barədə Təhlükəsizlik Şurasının iclasında danışıb.

Atambayevi Konstitusiya və qanunları kobud formada pozmaqda ittiham edən prezident Qırğızıstanın hüquqi dövlət olduğunu bildirib

Jeenbekov ölkədə təhlükəsizliyin təmin olunması üçün Təhlükəsizlik Şurasını tədbirlər görməyə çağırıb.

Dünən axşam Qırğızıstan xüsusi xidmət orqanları Almazbek Atambayevin iqamətgahında onun saxlanılması üçün əməliyyat keçirib. Lakin müqavimətlə qarşılaşan xüsusi təyinatlılar onu tuta bilməyib.

Qırğızıstan Baş Prokurorluğu bundan sonra "kütləvi iğtişaşlar törətmə" və "xuliqanlıq" maddələri üzrə cinayət işi açıb.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31