Atambayev Rusiyadan sığınacaq istədi? – Zaxarova
Atambayev Rusiyadan sığınacaq istədi? – Zaxarova
8 Avqust 2019 12:25 DünyaRusiya Xarici İşlər Nazirliyi Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin ətrafında yaranmış vəziyyətə münasibət bildirib.
Olaylar.az xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova "Exo Moskvı"ya açıqlamasında Rusiya XİN-in vəziyyətlə bağlı bütün tərəflərin sağlam düşüncə və məsuliyyətlə davranacağına ümid etdiyini bildirib.
Bununla belə, M.Zaxarova baş verənləri Qırğızıstanın daxili işi adlandırıb: "Bu, ölkənin daxili işidir, bir qədər sonra Moskva tərəfindən daha dərin qiymətləndirmə veriləcək".
Rusiya XİN-in rəsmi nümayəndəsi A.Atambayev tərəfindən onun Rusiyaya mümkün gəlişi ilə bağlı hər hansı informasiyaya malik olmadığını da vurğulayıb.
"Məndə kiminsə müraciət etməsinə dair informasiya yoxdur", - deyə M.Zaxarova A.Atambayevin Rusiyadan sığınacaq istəməklə bağlı müraciət edib-etməməsinə dair sualı cavablandırarkən deyib.
teleqraf.com