Türkiyədə 14 azərbaycanlı qadın tutuldu
Türkiyədə 14 azərbaycanlı qadın tutuldu
8 Avqust 2019 11:29 DünyaTürkiyənin Yalova şəhərində azərbaycanlı qadınlara qarşı əməliyyat keçirilib."Olaylar" Türkiyə mediasına istinadən bildirir ki, polisin keçirdiyi əməliyyat nəticəsində 14 azərbaycanlı qadın və 3 Türkiyə vətəndaşı kişi saxlanılıb. Məlum olub ki, saxlanılan qadınlar Türkiyədə yaşama icazəsi almaq məqsədilə 60-75 yaşlı imkanlı kişiləri aldadaraq onlarla evlənib, daha sonra həmin şəxslərdən ayrılıb fahişəliklə məşğul olmağa başlayıblar. Məsələdən xəbər tutan Yalova polisi 10 müxtəlif ünvanda qadınların axtarışını aparıb. Şübhəli şəxslər saxlanılaraq polis idarəsinə aparılıblar. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31