Atambayevin iqamətgahına hücum: 1 ölü, 42 yaralı

Almazbek Atambayevin iqamətgahında xüsusi təyinatlı dəstənin altı döyüşçüsü saxlanılır.

Publika.az xəbər verir ki, bu haqda "İnterfaks" agentliyi bildirib.

Ölkənin Daxili İşlər Nazirliyi keçmiş dövlət başçısının tərəfdarlarından onların azad edilməsini tələb edib. Nazir müavini xüsusi təyinatlıların azad edilməsi üçün Atambayevin nümayəndələri ilə danışıqlar aparır.

Səhiyyə Nazirliyinin məlumatına görə, Atambayevin tərəfdarları ilə təhlükəsizlik əməkdaşlarının qarşıdurmasında zərər çəkənlərin sayı 42 nəfərə qədər artıb. Xəstəxanaya daha əvvəl çatdırılmış xüsusi təyinatlı dəstənin bir döyüşçüsü ölüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31