Bal ayından qayıdarkən qəzaya düşdülər - Gəlin öldü

Bal ayından qayıdarkən qəzaya düşdülər - Gəlin öldü

Türkiyədə bal ayından qayıdan bəylə gəlin qəzaya düşüb.

Olaylar.az xəbər verir ki, hadisə Aksaray-Nevşehir yolunda baş verib.

Cütlüyün içində olduğu avtomobil TIR-la toqquşub. Qəza nəticəsində 26 yaşlı gəlin Semra Yurtsevən  ölüb, əri Sefa Yurtsevən isə yaralanıb.

Qeyd edək ki, qəzaya baxmayaraq, TIR-ın sürücüsü Abdullah Ayaz yoluna davam edib. O, hadisənin baş verdiyi ərazinin 20 km uzaqlığında saxlanılıb. Sürücü hadisənin fərqində olmadığını bildirib.

qafqazino.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31