Narkotik maddə asılılığından əziyyət çəkən qız İngiltərə gözəli seçildi - FOTOLAR
Narkotik maddə asılılığından əziyyət çəkən qız İngiltərə gözəli seçildi - FOTOLAR
7 Avqust 2019 15:22 DünyaYaşadığı ağır depressiya səbəbilə 18 yaşından narkotik maddə alüdəçisi olan Atlanta Vilsher adlı gənc qız İngiltərə Gözəllik yarışması finalçıları arasında yer alıb.
Hazırda 25 yaşında olan gənc qız 2017-ci ildə sevgilisni itirdikdən sonra daha çox narkotik maddə istifadə etməyə başlayıb. Atlantanın anası Jane Penfold yeddi ildir narkotik maddə alüdəçisi olan qızını bu asılılıqdan xilas etmək üçün əlindən gələn hər şeyi edib.
Atlanta bir ay reabilitasiya mərkəzində müacilə olunub və daha sonra fermada işləməyə başlayaraq pis vərdişlərindən uzaqlaşmağa çalışıb.
Qızını yenidən həyata döndərən ana onu gözəllik yarışmasına qatılmağa məcbur edib.
Atlanta bu asılılıqdan xilas olmaq üçün tətbiq etdiyi heç bir proqramın anasının sevgisi qədər faydalı olmadığını bildirib.
Onun tək istəyi isə narkotik maddə asılılığı olan gənclərə dəstək olaraq onları xilas etməkdir.







Metbuat.az