Hindistanın Kəşmir qərarına cavab vermək üçün komitə yaradıldı

Hindistanın Kəşmir qərarına cavab vermək üçün komitə yaradıldı

Olaylar.az bildirir ki, Pakistanın Baş naziri İmran Xan, rəsmi Dehlinin Jammu və Kəşmirin muxtariyyət statusunu ləğv etmək qərarına hüquqi, siyasi və diplomatik cavab hazırlamaq üçün xüsusi komitə yaratmağı əmr edib.

Bu barədə "Daily Times" qəzeti baş nazirin əmrinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, xüsusi komitə yeddi üzvdən, o cümlədən Pakistanın xarici işlər naziri Şah Mehmud Kureşi, Pakistanın baş prokuroru Ənvər Mənsur Xan, xarici işlər nazirinin birinci müavini Sohail Mahmud, dini işlər üzrə xüsusi elçi Əhməd Sufi və Birləşmiş kəşfiyyat idarəsinin direktoru Faiz Həmid, Pakistan quru qüvvələri qərargahının hərbi əməliyyatlar şöbəsinin müdiri Nauman Zakaria və Birləşmiş İctimaiyyətlə Əlaqələr Xidmətinin direktoru Asif Gafurdan ibarətdir.

Eastnews.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31