Yaponiya “uçan avtomobil”i sınaqdan keçirdi
Yaponiyanın NEC korporasiyası sərnişinləri daşıyan pilotsuz uçuş aparatının prototipini sınaqdan keçirib.
Olaylar.az bildirir ki, bu barədə "Bloomberg" məlumat verib.
"Uçan avtomobil" bir qədər hündürlüyə qalxıb, havada təqribən bir dəqiqə qaldıqdan sonra yerə enib.
Hava vasitəsinin göyərtəsində heç kəs olmayıb.