Beren Saatı tənqid etdilər - “Türkçə danış, bura Türkiyədir”! - FOTOLAR
Beren Saatı tənqid etdilər - “Türkçə danış, bura Türkiyədir”! - FOTOLAR
6 Avqust 2019 17:46 DünyaSon zamanlar boşanma xəbərləri ilə gündəmə gələn Beren Saat bu dəfə sosial şəbəkədəki paylaşımı ilə qınaq obyekti olub.
Cazibədar aktrisa son zamanlar ingiliscə olan paylaşımlarına görə tənqidlərə məruz qalıb.
Axırıncı dəfə Beren "İnstagram"da üzərində "Saudi women no longer need a man's permission to travel" yazılmış şəkil paylaşıb.
İzləyənləri aktrisanı qınayıb. Ona sərt şəkildə "türkcə danış, bura Türkiyədir",- deyə irad tutublar.
Bir izləyicisi "atatürkçü olub, ingiliscə yazmağını anlamıram",- deyib.
Buna baxmayaraq sevənləri Bereni darda qoymayıb. Onlar aktrisanın müdafiəsinə qalxıb, dil bilməyin vacib olduğunu vurğulayıblar.



yenicag.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31