“Joxovurd”: “Ermənistanda daimi yaşayan əhalinin sayı azalıb”

“Joxovurd”: “Ermənistanda daimi yaşayan əhalinin sayı azalıb”

Ermənistanın daimi yaşayan əhalisi son 6 ay ərzində 3700 nəfər azalıb. Yəni Ermənistan vətəndaşlarının azalması rəsmi şəkildə təsdiqini tapıb". Olaylar.az  xəbər verir ki, bu barədə ölkənin "Joxovurd" qəzeti yazır.

Nəşr qeyd edir ki, Ermənistanın dövlət statistika komitəsinin məlumatına görə, cari ilin 1 iyultarixinə görə, Ermənistanda daimi yaşayan əhalinin sayı 2 milyon 961 min 600 nəfər təşkil edir. "Ötən ilin analoji göstəriciləri ilə müqayisədə həmin göstərici 8200 nəfər aşağı düşüb", deyə yazan erməni qəzeti qeyd edir ki, daimi yaşayan əhalinin əsas azalması vilayət şəhərlərində, kənlərdə, xüsusilə Şirak vilayətində 2200 nəfər olaraq müşahidə olunub.

Bununla yanaşı, doğum sayları da azalıb. "Əgər cari ilin birinci yarımilliyində onların sayı Ermənistanda 16111 nəfər idisə, 2018-ci ildə həmin rəqəm 16261 nəfər idi, 2017-ci ildə isə 17171, erməni nəşri yazır.

Adıçəkilən qəzet ölüm hallarının da artığına diqqət yetirib. "Cari ilin 1 iyul tarixi ilə ötən ilin mövcud tarixini müqayisə edərsək, ölüm halları 572 dəfə artıb", deyə "Joxovurd" bildirib.

sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31