Rusiya aviaşirkəti Gümrüyə uçuşlarını dayandırır - SƏBƏB?
Rusiya aviaşirkəti Gümrüyə uçuşlarını dayandırır - SƏBƏB?
6 Avqust 2019 17:32 DünyaRusiyanın Ermənistanın Gümrü şəhərinə uçan "Pobeda" loukosteri (aviaşirkəti) qış mövsümündən başlayaraq, həmin şəhərə reyslərini dayandıracaq.Olaylar.az xəbər verir ki, bu barədə ermənilərin asor.am saytı Rusiyanın İTAR TASS agerntliyinə istinadən məlumat verib.
Reyslərin dayandırılmasına səbəb isə təyyarələrin Gümrüdə yanacaqla tam şəkildə təmin olunmamasıdır. SİTAT: "Təssüf ki, Gümrü aeroportundakı yanacaqdoldurma şirkəti yanacağı mütəmadi şəkildə, lazım olduğu qədər təmin etmir. "Pobeda" dəfələrlə aeroportun rəhbərliyinə müraciət edərək, məsələni araşdırmağı tələb edib. Lakin aeroportun gördüyü ölçülər nəticəsiz qalmaqla yanaşı, yanacaqdolduranlar öz köhnə praktikalarını tətbiq edirlər", deyən şirkət təmsilçisi yalnız yay aylarının sonlarına qədər, öz müştərilərini pis vəziyyətdə qoymamaq üçün Gümrüyə planlaşdırılmış səfərlərin ediləcəyini bildirib və qeyd edib ki, qış mövsumündən başlayaraq bu marşrutda bilet satışları dayandırılacaq.
Şirkətin nümayəndəsi də təsdiq edib ki, artıq bilet satışları dayandırılıb. Hazırda "Pobeda" Moskvadan Gümrüyə bir həftədə 10 resy uçuş edir. Qışda isə həftədə 7 reys təşkil olunub. Adıçəkilən lukoster Gümrüyə reyslərini 2016-cı ilin dekabrında açmışdı.
sia.az