Qırğızıstanda qızıl mədənində dava: onlarla yaralı var

Qırğızıstanda qızıl mədənində dava: onlarla yaralı var

Qırğızıstanın Narın vilayətində qızıl mədəninin işçiləri ilə yerli sakinlər arasında kütləvi dava baş verib.

Olaylar.az  Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 40 nəfər xəsarət alıb.

Qeyd olunur ki, 300-ə yaxın yerli sakin mədənə gələrək işçilərdən buranı tərk etməyi tələb edib.

Nəticədə mübahisə yaranıb və tərəflər bir-birinə daş atmağa başlayıblar.

Xəsarət alanların vəziyyəti stabil olaraq qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31