Rusiyada Hollandiyanın ərazisi qədər meşə külə dönüb - VİDEO
Rusiyada Hollandiyanın ərazisi qədər meşə külə dönüb - VİDEO
6 Avqust 2019 15:43 DünyaSibirdə meşə yanğınlarının qarşısı alına bilmir.
Olaylar.az xəbər verir ki, "ISDM-Rosleskhoz" peykindən əldə edilən kadrlarda 4,3 milyon hektar ərazidə yanğının davam etdiyi müşahidə olunub. Bu isə o deməkdir ki, təxminən Hollandiyanın ərazisi qədər meşə külə dönüb. Rusiyanın hərbi hava qüvvələri isə 753 min hektar ərazini söndürə bilib. Hərbi təyyarə və helikopterlər yanğın baş verən əraziyə 7500 ton su daşıyıb.
Hər nə qədər yaşayış məntəqələrindən uzaqda davam etsə də, mütəxəssislər artıq yanğından yayılan zəhərli qazların regiondakı şəhərlərə təsir etməyə başladığını bildirirlər.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin, ötən həftə ordunun da yanğınsöndürmə işlərinə qoşulması barədə göstəriş vermişdi.
Yeniavaz.com