Cerablusda silsilə partlayışlar: ölən və yaralananlar var

Cerablusda silsilə partlayışlar: ölən və yaralananlar var

Suriyanın şimalındakı Cerablus mahalında silsilə partlayışlar baş verib.

Olaylar.az xəbər verir ki, müxaliflərin nəzarətindəki ərazidə iki avtomobilə yerləşdirilmiş partlayıcı qurğuların işə düşməsi nəticəsində 2 nəfər həlak olub, 1 nəfər yaralanıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Cerablusun yerli məclisinin üzvünə və ASO-ya aid avtomobillərin partladılması nəticəsində 2 ASO üzvü həlak olmuşdu.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31