"ABŞ-ı SSRİ-nin taleyi gözləyir, Çin isə... " - Jirinovski

"ABŞ-ı SSRİ-nin taleyi gözləyir, Çin isə... "- Jirinovski

Hazırda Rusiyada vəziyyət ABŞ və Avropadakından daha yaxşıdır.

Olaylar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. Onun sözlərinə görə, Vaşinqtonun siyasəti ABŞ-da durğunluğa gətirib çıxarıb və indi onu SSRİ-nin taleyi gözləyir.

"Mən qonşularla bağlı siyasətimizi finlandizasiya adlandırardım. Bu, bütün qonşularımızla yaxşı, həm də qarşılıqlı faydalı münasibətlərin dəstəklənməsi cəhdidir", - o bildirib.

Jirinovski Rusiyanın yenidən yüksəlməyə doğru başladığını, amma onun rəqiblərinin tənəzzül yaşadığını söyləyib:

"ABŞ tənəzzül mərhələsindədir, Avropa gözlər önündə qocalıb, dağılır. Çindən qorxmağa dəyməz. O, heç kimi təhdid etmir və birinciliyə iddialı deyil".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31