İranlı nazirin kürəkəni həbs edilib

İranlı nazirin kürəkəni həbs edilib

İranın Kooperativlər, Əmək və Sosial Təminat naziri Məhəmməd Şəriətmədarinin kürəkəni, "Fatimi" şirkətlər qrupunun baş direktoru Seyid Məhəmməd Hadi Rəzəvi ötən gecə həbs olunub.

APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Tehran Prokurorluğu məlumat yayıb.

Zamində olan H. Rəzavi "Sərmayə" bankı üzrə cinayət işində ittiham olunan şəxslərdən biridir.

Korrupsiya və ölkə iqtisadiyyatına ziyan vurmaq ittihamı əsasında H. Rəzəvi barəsində 20 il həbslə bərabər, 74 zərbə şallaq və dövlət işində çalışmaqdan məhrum etmə qərarı çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31