Daha bir ölkə “Hörmüz koalisiyası”na qoşuldu
Daha bir ölkə “Hörmüz koalisiyası”na qoşuldu
6 Avqust 2019 11:41 DünyaBritaniya ABŞ-ın Hörmüz boğazıyla bağlı yaratdığı beynəlxalq koalisiyaya qoşulub.
Olaylar.az xəbər verir ki, bu məlumatı Britaniya Müdafiə Nazirliyi yayıb.
Nazirlik kral donanmasının Hörmüz boğazında ticarət gəmilərinin təhlükəsizliyini təmin edəcəyini bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Norveç, Almaniya, Fransa, Britaniya və digər ölkələrə koalisiyaya qoşulmaq barədə dəvət göndərdiyini bəyan etmişdi. Almaniya və Fransa bu koalisiyaya qoşulmayacağını açıqlamışdı.
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31