"Kurtlar vadisi"nin məşhur aktyoru öldü - Türkiyə ŞOKDA
3 Avqust 2019 15:02 DünyaTürk kinosunun məşhur siması, tanınmış aktyor Cengiz Sezici 69 yaşında dünyasını dəyişib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun bu gün səhər saatlarında səhhəti pisləşib, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ölüm xəbəri ilə Bütün Türkiyəni şoka salan aktyor nəfəs darlığından əziyyət çəkirmiş. C.Sezici "Kurslar Vadisi Pusu", "Kül və atəş", "Arka sokaklar" və digər məşhur seriallarda rol alıb. O, son olaraq "Söz" serialında Sami xarakterini canlandırmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31