Türk gəmisinə hücum edildi, 10 nəfər GİROV GÖTÜRÜLDÜ
Türk gəmisinə hücum edildi, 10 nəfər GİROV GÖTÜRÜLDÜ
16 İyul 2019 15:37 DünyaKamerunun Douala limanından Fildişi sahillərinin Abidjan limanına doğru hərəkət edən "Paksoy-1" adlı türk gəmisi Nigeriya yaxınlığında dəniz quldurlarının hücumuna məruz qalıb.
Olaylar.az xəbər verir ki, 10 türk dənizçisi piratlar tərəfindən qaçırılıb.
Bu barədə gəminin məxsus olduğu "Kadıoğlu Denizcilik" şirkətindən açıqlama verilib. Açıqlamada bildirilib ki, gəmidəki əlaqə və kəşfiyyat cihazlarına zərər vurulub. Ölən və ya yaralanan yoxdur. Girovların geri qaytarılması üçün danışıqlar aparılır.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31