İranda avtobus dərəyə yuvarlanıb 13 sərnişin həlak olub

İranda avtobus dərəyə yuvarlanıb 13 sərnişin həlak olub

İranın İsfahan əyalətində bir avtobusun dərəyə yuvarlanması nəticəsində 13 nəfər həyatını itirib. Olaylar.az bildirir ki, bu barədə İsfahanın Təcili Təbbi Yardım İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

Bildirilib ki, əyalətin Xansar-Buin yolunda bir avtobus dərəyə yuvarlanıb. Onu qadın və 3-ü uşaq olmaqla 13 sərnişin həyatını itirib. Yaralananlar var. Yaralılar İsfahanın müxtəlif xəstəxanalarına çatdırılıblar.

Polis hadisənin səbəbini araşdırır.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31