İrəvan ABŞ-a yalvarır: İrana görə...
İrəvan ABŞ-a yalvarır: İrana görə...
16 İyul 2019 14:15 DünyaErmənistan parlamentinin sədri Ararat Mirzoyan Vaşinqtonda ABŞ rəsmilərindən İrana qarşı sanksiyalarla bağlı İrəvanın xahişini dilə gətirib.
Olaylar.az xəbər verir ki, bu məlumatı Teleqram sosial şəbəkəsində "Baqramyan 26" kanalı yayıb.
"Biz istəyirik ki, ABŞ Ermənistana İrana qarşı sanksiyalara qoşulmaq üçün təzyiqlər etməsin. Ermənistan buna gedə bilməz", - deyə o bildirib.
Mirzoyan həmçinin ABŞ-İran münasibətlərindəki gərginliyin Ermənistan iqtisadiyyatına pis təsir etdiyini deyib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31