Torpaqları qaytarmaq üçün oradan gələn bir zəng kifayətdir - Rusiyadan SENSASİON AÇIQLAMA
Torpaqları qaytarmaq üçün oradan gələn bir zəng kifayətdir - Rusiyadan SENSASİON AÇIQLAMA
16 İyul 2019 10:43 DünyaUkraynanın cənub-şərqində yerləşən Donbas bölgəsindəki qarşıdurma bir telefonla başa çata bilər.
Olaylar.az xəbər verir ki, bunuRusiya Parlamenti Federasiya ŞurasınınXarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev deyib.

Parlamentari feysbuk hesabından bildirib ki, Avropa İttifaqından gələn bir zəng Ukraynanı digər tərəflə dialoq qurmağa itələyəcək: "Ancaq bunun yerinə Avroap ölkələri Rusiyaya sanksiya tətbiq edir. Çünki bu, daha rahatdır".
Avropa İttifaqının Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması (INF) ilə bağlı durumda da eyni taktikanı istifadə etdiyini deyən Kosaçev qeyd edib ki, INF yaxında qüvvədən düşəcək və buna görə Rusiyanı günahlandıracaqlar.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında Donbas torpaqları üzərində münaqişə 2014-cü ildən bəri davam edir.
Xatırladaq ki, INF ABŞ prezidenti Ronald Reyqanla SSRİ rəhbəri Mixail Qorbaçov arasında 1987-ci ildə imzalanıb. Müqavilə çərçivəsində kiçik və ortamənzilli nüvə raketlərinin istifadəsi və istehsalı qadağan edilir.
publika