Uçuşlar DAYANDIRILDI - Artıq Rusiyaya təyyarə ilə getmək mümkün olmayacaq

Rusiya aviaşirkətlərinə məxsus sərnişin təyyarələri Gürcüstanın paytaxtı Tbilisidən Rusiya ərazisinə sonuncu reyslərini həyata keçirib.

Rusiya aviaşirkətlərinə məxsus sərnişin təyyarələri Gürcüstanın paytaxtı Tbilisidən Rusiya ərazisinə sonuncu reyslərini həyata keçirib.

Tbilisi hava limanından son iki Rusiya aviaşirkətlərinə məxsus təyyarə yerli vaxtla 19:00 və 19:55-də uçub.

Qeyd edək ki, iki ölkə arasında birbaşa reysləri altı Rusiya və iki Gürcüstan aviaşirkətləri həyata keçirirdi. Qərar Prezident Vladimir Putinin fərmanı ilə tətbiq edilmiş qadağa çərçivəsində qəbul edilib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31