Boşanandan 2 ay sonra başqa kimi ilə görüntüləndi

Bu ilin aprelində müğənni Adel həyat yoldaşı Saymon Koneski ilə boşandığını elan edib.

Axşam.az-ın məlumatına görə, ayrılıqdan sonra sənətçi xeyli çəki atıb, bədən quruluşunu formaya salmağa çalışıb. Boşanmadan 2 ay keçməmiş isə Adelin özünə yeni sevgili tapdığı iddia olunub. 

Yaxınları ulduzun həyatdan zövq almağa, istədiyi kimi yaşamağa çalışdığını deyib. Londonda Hayd-parkda paparasillərin obyektivinə tuş gələn Adel olduqca şən görünüb. O, yanında bir oğlanla Selin Dionun çıxışını izləməyə yollanıb.

Daha sonra isə kişinin Adelin sevgilisi olmadığı, ən yaxın rəfiqəsinin əri olduğu öyrənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31