Dubay Əmiri qaçan arvadını məhkəmə verdi

Dubay Əmiri qaçan arvadını məhkəmə verdi

Milyonlarla dollar və iki uşağıyla birlikdə qaçan Dubay əmirinin arvadı şahzadə Haya BƏƏ ilə İngiltərə arasında diplomatik böhrana səbəb ola bilər.
 
Dubay əmiri Əl Məktum qaçan həyat yoldaşını məhkəməyə verib.
Qeyd edək ki, Dubay əmiri Şeyx Məhəmməd bin Raşid əl Məktumun 6-c- arvadı şahzadə Haya bint əl Hüseynin qaçmağı bacardığı ortaya çıxıb.
CNN keçmiş İordaniya kralı Hüseynin qızı və indiki İordaniya kralı Abdullahın ögey bacısı şahzadə Haya- qarşı ərinin qaldırdığı məhkəmə iddiasının Londondakı Ali Məhkəmədə baxılmağa başlandığını, bundan sonrakı iclasların 30-31 iyulda keçiriləcəyini bəyan edib.
Məhkəmə ilk iclası 22 mayda keçirilən məhkəmə prosesinin digər tarixlərini təsdiq edib, amma iddialı və şikayətçi tərəflərin şəxsiyyətini açıqlamayıb.
 
 
"XƏYANƏTƏ UĞRADIM" ŞEİRİ PAYLAŞDI
 
Dubay əmiri Şeyx Əl Məktumun keçən günlərdə Instagram hesabından paylaşdığı özünə aid şeirdə, chr("39")bir qadının xəyanətinə uğramaqdanchr("39") bəhs etməsi şahzadə Hayanın qaçışına işarə olaraq şərh olunmuşdu.
Müxalifət.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31