Kaliforniyada güclü zəlzələ: çatlar yaranıb - VİDEO

Kaliforniyada güclü zəlzələ: çatlar yaranıb - VİDEO

Kaliforniyanın cənubunda 7,1 maqnitudalı zəlzələ baş verib.

"RİA Novosti" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzinin (EMSC) məlumatında deyilir.

Yeraltı təkanlar yerli vaxtla saat 03:19-da qeydə alınıb. Zəlzələnin episentri Los-Ancelesdən 193 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Bir sıra binalar zərər görüb. Bəzi evlərin təməlində çatlar əmələ gəlib, dayaq divarları dağılıb. Bir nəfər yüngül yaralanıb.

Qeyd edək ki, bu, son üç gündə sözügedən regionda sayca üçüncü zəlzələdir. İyulun 4-də burada 6,6 maqnitudalı zəlzələ baş vermişdi.

Katie Raml✔@katieraml

In Los Angeles. The kids couldn't believe what was happening!

44

07:48 - 6 июл. 2019 г.

Информация о рекламе в Твиттере и конфиденциальнВстроенное видео

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31