GMQA-nın region rəhbəri rüşvətə görə həbs edildi

GMQA-nın region rəhbəri rüşvətə görə həbs edildi

Gürcüstanın Milli Qida Agentliyinin Acarıstan Muxtar Respublikası üzrə regional bölməsinin rəhbəri rüşvətalma faktına görə saxlanılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, İlia S. biznesmendən mal-qaranın xaricə ixrac olunması məqsədilə veterinar sertifikat üçün 3 300 lari (1 178 dollar) məbləğində rüşvət alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin rüşvətalma maddəsi ilə cinayət işi başlnılıb, istintaq aparılır. Saxlanılan şəxsi 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

report

Sakinlər kütləvi şəkildə Parisi tərk edir – Səbəb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31