Paşinyan səfiri olmayan ölkəyə səfərə getdi

Paşinyan səfiri olmayan ölkəyə səfərə getdi

Ermənistanın baş naziri Nikol Paşinyan Vyetnama səfər edib.

Olaylar.az xəbər verir ki, baş nazirin səfəri tələsik və təşkil olunmamış baş tutub.

Səbəb isə Ermənistanın Vyetnamdakı fövqəladə və səlahiyyətli səfirinin ölkə başçısına etimadnaməsini təqdim etməməsi olub. Bu isə o deməkdir ki, Ermənistanın səfiri rəsmi qaydada Vyetnam tərəfindən tanınmır.

Qeyd edək ki, Nikol Paşinyanın başçılıq etdiyi nümayəndə heyəti iyulun 5-də Vyetnama rəsmi səfərə yola düşüb.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31