Firon Tutanhamonun büstü satıldı - 6 milyon dollara
Firon Tutanhamonun büstü satıldı - 6 milyon dollara
5 İyul 2019 12:47 DünyaFiron Tutanhamonun daşdan hazırlanmış büstü hərracda 5,97 milyon dollara satılıb.
"Kommersant" xəbər verir ki, bununla belə, Misir hakimiyyəti büstün geri qaytarılmasını tələb edərək hərracın keçirilməsinə qarşı çıxıb.
Hərracda firon Tutanhamonun üz cizgilərinin olduğu qədim Misir tanrısı Amonun heykəlinin baş hissəsi də satışa çıxarılıb. Büst qəhvəyi kvarsitdən hazırlanıb və hündürlüyü 28,5 santimetrdir.
Büstün alıcısının adı açıqlanmır.
Xatırladaq ki, Misir hakimiyyətinin 1983-cü ildə qəbul etdiyi qanun ölkədən tarixi əşyaların çıxarılmasını qadağan edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31