Ərdoğan keçmiş nazirləri Yunus Əmrənin şeiri ilə sərt tənqid etdi
Ərdoğan keçmiş nazirləri Yunus Əmrənin şeiri ilə sərt tənqid etdi
5 İyul 2019 12:45 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş nazirləri sərt tənqid edib.
Olaylar.az "Habertürk"-ə istinadən xəbər verir ki, bunu R.T.Ərdoğan keçmiş nazirlər Əhməd Davudoğlu və Əli Babacanın yeni partiya quracaqları iddiasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, AKP konkret istiqaməti olan partiyadır:
"Bu, xalqın və haqqın istiqamətidir. Biz bu istiqamətdə davam edirik. Bu yolda azanlar oldu. Xəyala dalanlar, mövqe tutmağa çalışanlar, AKP-nin kölgəsini öz kölgəsi hesab edənlər ifşa olunacaq. Onların məqsədinin nə olduğu deyil, bizim nə iş gördüyümüz önəmlidir".
Dövlət başçısı keçmiş nazirlərə Yunus Əmrənin şeiri ilə cavab verib:
"Girdim elm məclisinə, eylədim, qıldım tələb, dedilər elm geridə, illa ədəb, illa ədəb".