Etirazçılar parlament binası qarşısında konsert təşkil etdi

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti aksiya başlayıb.  15-ci gündür davam edən aksiyada “Musiqiçilər işğala qarşı” şüarı altında konsert təşkil olunub.

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti aksiya başlayıb.

15-ci gündür davam edən aksiyada "Musiqiçilər işğala qarşı" şüarı altında konsert təşkil olunub.

Aksiya iştirakçıları qarşısında müxtəlif stil və janrlara aid musiqi kollektivləri və tanınmış musiqiçilər çıxış edirlər. Musiqiçilər üzərində "Qaxaria evə get!" şüarı yazılmış maykalar geyiniblər.

Təşkilatçılar bildiriblər ki, bugünkü aksiya mədəni etirazdır. Aksiyanın tələbi daxili işlər naziri Giorgi Qaxarianın istefasıdır. Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31