İran Böyük Britaniyaya nota göndərdi

İran Böyük Britaniyaya nota göndərdi

İranın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın səfiri Robert Makeirə qəti etirazını bildirib.

İran XİN-in sözçüsü Abbas Musəvi Böyük Britaniya hərbi gəmiləri tərəfindən İran tankerinin "qanunsuz saxlanılması" ilə bağlı səfirin XİN-ə dəvət olunduğunu bildirib.

Bundan əvvəl Böyük Britaniyaya bağlı olan Cəbəllütariq hökumətinin Suriyaya xam neft daşıyan "Grace 1" tankerini saxladığı açıqlanmışdı.

Tankerin ABŞ hökumətinin xahişilə saxlanıldığı qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31