Monqolustan Rusiyaya yardım əlini uzatdı
Monqolustan Rusiyaya yardım əlini uzatdı
4 İyul 2019 21:56 DünyaÖlkəmiz İrkutsk bölgəsindən olan 100 uşağı yay düşərgələrində yerləşdirməyə hazırdır.
Olaylar.az xəbər verir ki, bu barədə Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın mətbuat xidməti məlumat yayıb.
Məlumatda həmçinin sözügedən bölgədə baş verən təbii fəlakətdən dolayı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verildiyi də bildirilib.
Xatırladaq ki, bir neçə gün əvvəl İrkutskda baş verən sel fəlakətində 21 sakin ölüb, 14-ü isə itkin düşmüşdü. Bundan əlavə, yüzlərlə insan evsiz-eşiksiz qalıb.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31