Diktatorun dustağı azad edildi

Diktatorun dustağı azad edildi

Avstraliyadan olan tələbə Alek Siqli uzun müddət Şimali Koreyada dustaq kimi saxlanılsa da, nəhayət azad edilib.

Olaylar.az  xəbər verir ki, ölkənin baş naziri Skott Morisson onun artıq azad edildiyini bildirib. Baş nazirin sözlərinə görə, İsveçin Şimali Koreyadakı səfirliyi vasitəsilə tələbə azad edilib.

Siqli Şimali Koreyaya təhsil üçün gedib. O, bu ölkədəki Kim Ir Sen Universitetində ədəbiyyat üzrə təhsil alıb. Həmçinin bu ölkəyə təhsil turları təşkil edib. İyulda isə Tokioya getməyi planlaşdırıb.

cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31