Tanınmış müğənni ölkədən qovuldu - FOTO

Tanınmış müğənni ölkədən qovuldu - FOTO

Britaniyalı müğənni Cos Ston (Joss Stone) İrandan deportasiya edilib.

Olaylar.az bildirir ki, Mirror-un təcili xəbərinə görə, dünya turnirinə çıxan 32 yaşlı müğənni İslam ölkəsindən qovulub. Şəxsi Instagram hesabına video yükləyən müğənni: "Biz saxlanıldıq, sonra da deportasiya edildik" sözlərini işlədib.

"Qadın müğənni kimi orada konsert verməyin qadağan olduğundan xəbərdar idik", - müğənni post olaraq yazıb.

Onun paylaşdığı videoda başıbağlı olması diqqət çəkib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl Suriyada da konsert verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31