Kinoteatrda qorxu filminə baxan kişi qorxudan öldü - FOTO

Kinoteatrda qorxu filminə baxan kişi qorxudan öldü - FOTO

Kinozalda qorxu filminə baxan yaşlı kişi ölüb.

Taylandda sinemada "Anabelin lənəti 3" filminə baxan britaniyalı təqaüdçü nümayiş əsnasında keçinib.

Taylanddakı ticarət mərkəzində yerləşən kinoteatrda "Annabelle Comes Home" trillerinə baxan 77 yaşlı Bernard Channing-in öldüyünü digər tamaşaçılar işıqlar yandıqdan sonra biliblər.

Hadisə axşam saat 8-də baş verib. Hər kəsin salonu tərk etdiyi halda kişinin tərpənmədiyini görən qadın vəziyyətdən şübhələnərək kinoteatr işçilərini çağırıb.

Onun cansız bədəni kinoteatrdan çıxarılaraq təcili tibbi yardım çağırılıb. Hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər.

Bernard-ın həyəcandan halının pisləşərək öldüyü ehtimal olunur.

milli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31