Qadın bətnində ölən körpəni doğub, polisə apardı - FOTO

Qadın bətnində ölən körpəni doğub, polisə apardı - FOTO

26 yaşlı hamilə qadın toyda döyülüb.

Toyda vəhşicəsinə döyüldüyünə görə uşağını düşürən qadın ölü doğulan körpəsini götürərək polisə gedib.

Toyda DJ-in seçdiyi mahnıya görə yaranan mübahisə zamanı 6 kişi tərəfindən qarnından təpiklənən qadın uşağını düşürüb.

Qadın ölü doğduğu körpəsini də götürərək Etahdakı polis idarəsinə gəlib. Tavasum adlı qadının iddiasına görə, onu döyənlərin hamısı qohumlarıdır. Qadın onu döyənlərdən polisə şikayət ərizəsi yazaraq, sübut kimi də körpəsinin cansız bədənini göstərib. 

Hadisə Hindistanın Uttar Pradeş ştatının Etah rayonunda baş verib.

milli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31