Atəşfəşanlıq zamanı faciə: bir nəfər öldü, üç nəfər yaralandı
Atəşfəşanlıq zamanı faciə: bir nəfər öldü, üç nəfər yaralandı
4 İyul 2019 12:41 Dünya
Minskdə Müstəqillik Gününə həsr olunmuş atəşfəşanlıq zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
"RİA Novosti" xəbər verir ki, bu haqda Belarusun Müdafiə nazirliyindən bildiriblər.
Məlumata görə, atəşfəşanlıq zamanı fövqəladə hadisə baş verib: mərmilərdən biri qəfil partlayıb, qəlpələri ətrafdakılara zərər yetirib.
Nazirlikdən bildiriblər ki, atəşfəşanlıqda istifadə olunan mərmi tipləri əvvələr də işlədilib.
Belarusun İstintaq Komitəsi hadisə ilə bağlı araşdırma aparır.(Oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31