Tramp Putinlə belə zarafat etdi - Video
Tramp Putinlə belə zarafat etdi - Video
28 İyun 2019 15:25 DünyaABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə ikitərəfli görüş başlamadan öncə zarafatla ondan 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkisinə müdaxilə etməməyi xahiş edib.
Olaylar.az xəbər verir ki, bu barədə iki liderin görüşünə dair Ağ evin jurnalistlər üçün yaydığı stenoqramda bildirilib.
V.Putindən 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilə etməməyi xahiş edib-etməyəcəyinə dair jurnalistin sualını cavablandıran D.Tramp Rusiya liderinə çevrilərək deyib:
"Hə, əlbəttə xahiş edəcəm. Seçkiyə müdaxilə etməyin, prezident. Seçkiyə müdaxilə etməyin".
"Bloomberq" agentliyi bildirir ki, Putin Trampın sözlərinin tərcüməsini eşidərkən gülüb. Amerika prezidenti də gülümsəyib və başını yellədib. Agentlik onu da bildirir ki, Tramp bu xəbərdarlığı edərkən ciddi olmayıb.
teleqraf